AZ EN RU

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin "4 yol" deyilən ərazisində qeydə alınıb. Qəzaya səbəb isə havanın yağışlı olması olub. Belə ki, iki avtomobilin toqquşması nəticəsində Culfa rayon sakini, 2001-ci təvəllüdlü Əliyev Əjdər İsmayıl oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 14.05.2024 17:45