AZ EN RU

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Babək rayon Şıxmahmud kənd sakini, 1988-ci il təvəllüdlü Qafarov Tofiq Əşrəf oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 23.05.2024 15:29