AZ EN RU

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BC-423 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobillə 75-BA-094 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Nəşr edilib : 16.05.2024 10:32