AZ EN RU

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

Hadisə şəhərin Əziz Əliyev küçəsində (məhəllə 20) qeydə alınıb. Qəzaya səbəb havanın yağışlı olmasıdır.
Qəza nəticəsində 67-BG-739 dövlət nömrəli nişanlı "VAZ 2106" markalı avtomobillə 75-BB-083 dövlət nömrə nişanlı "Subaru" markalı avtomobil toqquşub. 
Hadisə zamanı bir nəfər xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 25.05.2024 01:24