AZ EN RU

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

Hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. Belə ki, 71-BA-213 dövlət nömrə nişanlı "VAZ2107" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və işıq dirəyinə çırpılaraq səkiyə aşıb. İlkin məlumata görə, sürücü yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 12.03.2024 18:53