AZ EN RU

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Hadisə bu gün şəhərin mərkəzi küçəsində baş verib. Belə ki, sürətlə hərəkət edən motosiklet avtomobilə çırpılıb. Nəticədə, motosikletin sürücüsü, Naxçıvan şəhər sakini 1985-ci il təvəllüdlü Həsənov Taleh Kərim oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 08.09.2023 18:20