AZ EN RU

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. "VAZ2108" markalı avtomobillə "Azsamand" markalı avtomobil toqquşub. Qəza nəticəsində Şahbuz rayon Badamlı kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Asim Elxan oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 08.01.2024 21:17