AZ EN RU

Naxçıvan şəhərində yerləşən bütün ümumtəhsil məktəblərinin hər birində dezinfeksiya işləri aparılıb

Bunu jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin direktoru Pəri Əliyeva deyib.

Pəri Əliyeva bildirib ki, Naxçıvan şəhərində yerləşən bütün ümumtəhsil məktəblərinin hər birində  dezinfeksiya işləri aparılıb və sona çatdırılıb. Rayon ümumtəhsil məktəblərində isə rayon gigiyena və  epidemiolojiya mərkəzləri tərəfindən aparılmaqdadır. Bağçaların isə bir qismi dezinfeksiya olunmuş, bir qisminin isə həftəsonu dezinfeksiya olunması nəzərdə tutulub. 

Xidmət direktoru onu da bildirib ki, epidemioloji cəhətdən bizi narahat edən bir vəziyyət yoxdur. Qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikasında hər zaman immunizasiya yaxşı aparıldığından bu da epidemioloji cəhətdən stabillik nəzərə çarpır

Nəşr edilib : 04.12.2023 19:10