AZ EN RU

Naxçıvan şəhərində yerləşən 5 Mənzil İstismar İdarəsinin rəisi işdən azad olunub

Bununla bağlı  Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Firuz Əsədov, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev, Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Orxan Hüseynov, Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Xətai Məmmədov və Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinin rəisi İlqar Fərəcov işdən çıxarılıb. 
Mirsənani Seyidovun digər sərəncamı ilə bu vəzifələrə müvafiq olaraq Vasif Qasımov, Bağır Abbasov, Mirələsgər Seyidov, Ayxan Məmmədov (Naxçıvan şəhər 4 nömrəli Mənzil İstismar İdarəsi), Sabir Kərimov və Cəsarət Məhərrəmov təyinat alıblar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 30.08.2023 15:00