AZ EN RU

Naxçıvan şəhərində yaşayış evinin həyətyanı sahəsini su basıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə əkin sahələrinin suvarılması üçün çəkilən kanalda suyun səviyyəsinin artması nəticəsində Naxçıvan şəhəri, Bulqan kəndində vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə suyun dolması ilə bağlı məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış əraziyə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Nəşr edilib : 02.07.2024 14:46