AZ EN RU

Naxçıvan şəhərində yanğın baş verib

Naxçıvan şəhərində yanğın baş verib. 
Yanğın şəhərin Nəcməddin Naxçıvani küçəsində baş verib. Yanğına Naxçıvan Muxtar Respublika Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin, eyni zamanda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib. Yanğın zamanı 3 polis əməkdaşı zəhərlənib, vəziyyətləri sabitdir. 
Artıq yanğın tam olaraq söndürülüb, soyutma işləri aparılır. Yanğını söndürmək üçün 5 yanğınsöndürən maşın cəlb edilib. 
Yanğının şiddətli olması digər evə də keçməsinə səbəb olub. Hadisə yerinə prokrorluq əməkdaşları da gəlib. 
İlkin araşdırmalara görə, yanğına səbəb qısaqapanma olub.

Nəşr edilib : 15.03.2023 11:22