AZ EN RU

Naxçıvan şəhərində və Ordubad rayonunda baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhər Nəcməddin Naxçıvani küçəsi, döngə 6, mənzil 3 ünvanında və Ordubad rayon Xanağa kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğın dərhal əraziyə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Naxçıvan şəhərində baş verən yanğın nəticəsində ümumi sahəsi 167 kvadratmetr olan evin 67 kvadratmetr hissəsi, Xanağa kəndində isə 339 kvadratmetr evin 143 kvadratmetr hissəsi yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka muxtar respublika ərazisində 8 yanğına çıxış həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Nəşr edilib : 15.03.2023 14:11