AZ EN RU

Naxçıvan şəhərində su xəttində qəza vəziyyəti yaranıb

Bu gün günorta saat 13:15 radələrində Naxçıvan şəhərinin Həzi Aslanov  küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb.
"Şərq qapısı" xəbər verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması  göstərilir. Borunun partlaması nəticəsində şəhərin H.Aslanov  küçəsi, döngə 2, 3, 4, 5-də suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Hazırda Naxçıvan Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Nail ƏSGƏROV

Nəşr edilib : 27.05.2024 13:52