AZ EN RU

Naxçıvan şəhərində su xəttində qəza baş verib

Naxçıvan şəhərində magistral su xəttində qəza vəziyyəti yaranıb.

"Şərq qapısı" xəbər verir ki, qəza şəhərin Əcəmi Naxçıvani məhəlləsini su ilə təmin edən magistral xəttə qeydə alınıb. Qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması   göstərilir. Yaranmış vəziyyətə görə şəhərin Ə.Naxçıvani məhəlləsinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda Naxçıvan Su-kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Nəşr edilib : 14.06.2024 22:36