AZ EN RU

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib
 "Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin "Atabəylər" küçəsində qeydə alınıb. 75 BC 601 dövlət nömrə nişanlı "Kia" markalı avtomobil velosipedlə hərəkət edən 29 sentyabr 2005-ci il təvəllüdlü İbrahimli Okan Hamlet oğlunu vurub. O Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, xəstəyə sağ dirsək və sağ ayaq qapağının yerdəyişməmiş sınığı diaqnozu qoyulub. Hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır

Nəşr edilib : 01.06.2024 22:37