AZ EN RU

Naxçıvan şəhərində qadın bıçaqlanıb

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb. Belə ki, yaranan insident zamanı həmin restoranda ofisiant kimi çalışan Beyləqan şəhər sakini, 1995-ci il təvəllüdlü Quliyeva Nərmin Musa qızı bıçaqlanıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilən zərərçəkənin vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, hadisəyə səbəb restoranda masaları toplamaq üstündə olub. Hadisəni törədən Karaca Burhan Mustafa Oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 01.06.2024 23:47