AZ EN RU

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Nağı Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin birləşməsində qeydə alınıb. Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Babayeva Hədiyyəbanu Baba qızını vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 14.04.2024 22:52