AZ EN RU

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə şəhərin Çənlibel məhəlləsində qeydə alınıb. Avtomobil yol keçən 2001-ci il təvəllüdlü, Babək rayon Qahab kənd sakini Nəcəfov Fariz Marif oğlunu vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 27.12.2023 10:11