AZ EN RU

Naxçıvan şəhərində Peşələr Festivalı keçirilir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə artıq ikinci dəfə Peşələr Festivalı keçirilir. Bu dəfə də ölkənin 10 rayon və şəhərində “Peşəni peşəkardan soruş!” devizi ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış ola bilirlər. 
 Naxçıvan şəhərində Saat Meydanında baş tutan festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçiriləcək. 
Xatırladaq ki, bu festival Naxçıvanda ilk dəfə 9 noyabr tarixində Ordubad şəhərində, 1 nömrəli məktəbdə keçirilmişdi.

 
Aidə İBRAHİMOVA

Nəşr edilib : 11.11.2023 13:24