AZ EN RU

Naxçıvan şəhərində müasirtipli məktəb və məktəbəqədər təhsil kompleksi tikiləcək

Naxçıvan şəhərində müasirtipli məktəb və məktəbəqədər təhsil kompleks layihələndirilməsi məqsədilə ötən il oktyabrın 19-da “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 21-də müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “ERA DESİGN” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır. Yeni internat tipli məktəb binasının layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 200.000,0 manat vəsaitin 103.132,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 96.868 manat məbləğində qənaət əldə edilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.01.2024 12:03