AZ EN RU

Naxçıvan şəhərində mopeddə yanğın baş verib

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhəri İstiqlal küçəsi ilə Atatürk küçəsinin birləşməsində hərəkət edən mopeddə yanğın baş verib. Dərhal hadisə yerinə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb edilib. 
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mopeddə baş vermiş yanğın söndürülüb, yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində moped yararsız vəziyyətə düşüb.

Nəşr edilib : 28.05.2024 14:12