AZ EN RU

Naxçıvan şəhərində maşın vuran kişi xəstəxanada ölüb

6 gün öncə gecə saatlarında şəhərin Əziz Əliyev küçəsində qeydə alınan qəzada 1959-cu il təvəllüdlü Fətəliyev İbrahim Şahsuvar oğlunu xəsarət almışdı. İ.Fətəliyev hadisədən sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Taksi tərəfindən vurulan 65 yaşlı kişi dünən gecə saatlarında həmin xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 13.06.2024 11:19