AZ EN RU

Naxçıvan şəhərində marketdə nöqsanlar aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri 49-cu məhəllədə fəaliyyət göstərən  marketdə plandankənar yoxlamalar aparılıb, bir sıra nöqsanlar aşkar edilib.
Agentlikdən "Şərq qapısı"na bildirilib ki, yoxlama zamanı marketdə mal qonşuluğu prinsipinə əməl olunmadığı, temperatur rejiminin pozulduğu, anbarda məhsulların saxlanması zamanı xüsusi altlıqlardan istifadə edilmədiyi və etiketlənmə qaydalarına əməl olunmadığı müəyyənləşib. 
Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub və qeyd olunan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib. 

Nail ƏSGƏROV

Nəşr edilib : 30.05.2024 17:54