AZ EN RU

Naxçıvan şəhərində magistral su xəttində qəza vəziyyəti yaranıb

Qəza şəhərin 54-cü məhəlləsinin su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzaya səbəb kimi qaynaq birləşmələrinin uzun zamandır fəaliyyət göstərməsi və fəaliyyət müddətini başa vurması göstərilir. Borunun partlaması nəticəsində bəzi küçələrə suyun verilişi dayandırılıb.
Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar. İdarədən məlumat verilib ki, qısa vaxt ərzində nasazlıq aradan qaldırılacaq və suyun verilişi bərpa olunacaq.

Nəşr edilib : 13.05.2024 11:53