AZ EN RU

Naxçıvan şəhərində magistral su xəttində qəza baş verib

Naxçıvan şəhərinin Babək məhəlləsindən keçən magistral su xəttində qəza qeydə alınıb.
"Şərq qapısı" xəbər verir ki, qəzaya səbəb 355 mm-lik borunu  sıradan çıxması göstərilir. Borunun partlaması nəticəsində  Babək məhəlləsi, Əlincə məhəlləsi, 6-cı məhəllə və Hacıniyyət kəndinə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda Naxçıvan Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Nəşr edilib : 11.06.2024 12:05