AZ EN RU

Naxçıvan şəhərində magistral su xətdində qəza vəziyyəti yaranıb

Bu gün səhər saat 07:30 radələrində Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsini su ilə təmin edən magistral xətdə qəza vəziyyəti yaranıb.
"Şərq qapısı" xəbər verir ki, qəzaya səbəb kimi qaynaq birləşməsinin sıradan çıxması  göstərilir. Borunun partlaması nəticəsində şəhəri Ə.Qəmküsar küçəsində suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda Naxçıvan Su-kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Nail ƏSGƏROV

Nəşr edilib : 23.05.2024 09:23