AZ EN RU

Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yaranacaq

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan şəhərində sentyabrın 13-ü saat 00:00-dan 04:00-dək təxirəsalınmaz zəruri təmir işləri həyata keçirəcəkdir.

Nazirlikdən verilən məlumata görə, təmir işləri görülən müddətdə Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yarana bilər.

Nəşr edilib : 12.09.2023 18:56