AZ EN RU

Naxçıvan şəhərində ilk qarın hündürlüyü 2 sm, dağlıq bölgələrdə isə 5 sm-ə çatıb

Bir neçə gündür, muxtar respublika ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu gün Naxçıvan şəhərinə ilk qar yağıb. Bu gecəyarısından başlayaraq yağan qar 2 santimetr olub. Qarın yağmasına isə hər zamankı kimi ən çox uşaqlar sevinib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bir neçə gündür, muxtar respublika ərazisində yağıntılı hava şəraiti müşahidə edilir. Xüsusilə dağlıq bölgələrdə yağıntı intensiv xarakter alıb. Qarın hündürlüyü 5 santimetrə çatıb.

Nəşr edilib : 09.01.2023 12:36