AZ EN RU

Naxçıvan şəhərində iki gənc göldə boğularaq ölüb

Hadisə dünən gecə saatlarında baş verib. Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşüb və boğulublar. 
Bugün səhər saatlarından etibarən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyidləri sudan çıxarıblar. Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hər iki gənc Naxçıvanda təhsil alırdı.

Nəşr edilib : 10.05.2024 12:15