AZ EN RU

Naxçıvan şəhərində iki avtomobil toqquşub, iki qadın ciddi xəsarət alıb

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan Sağlamlıq Mərkəzinin yaxınlığında qeydə alınıb. İki avtomobil toqquşub, avtomobillərdən birinin iki sərnişini- 1937-ci il təvəllüdlü Quliyeva Həcər Həşim qızı və 1961-ci il təvəllüdlü Fəziyeva Hüsniyyə Həzi qızı ciddi xəsarət alıb. Zərərçəkmişlər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 09.06.2024 22:28