AZ EN RU

Naxçıvan şəhərində iki avtomobil toqquşub, ana və övladları xəsarət alıb

Naxçıvan şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 "Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının qarşısında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində şəhərin Heydər Əliyev prospektində yaşayan 1986-cı il təvəllüdlü Əliyeva Sona Akif qızı və övladları 9 yaşlı İlkanə və  6 yaşlı Dəniz xəsarət alıblar. Zərərçəkənlər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, onlara yumşaq toxumanın əzilməsi diaqnozu qoyulub. 
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 06.06.2024 21:02