AZ EN RU

Naxçıvan şəhərində hərbi-siyasi proseslərlə bağlı məqalə beynəlxalq jurnalda dərc olunub

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, gənc tədqiqatçı Arzu Abdullayevin “Naxçıvan şəhərində hərbi-siyasi proseslər (XVIII əsrin sonu - XIX əsrin əvvəlləri)” məqaləsi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan Meksikanın “Revista Dilemas Contemporaneos: Educacion, Politica y Valores"  jurnalında dərc olunub. Məqalə jurnalın 2023-cü ildə nəşr olunmuş ilk sayında işıq üzü görüb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, ingilis dilində dərc olunan məqalədə XVIII əsrin sonu XIX əsrdə Naxçıvan şəhərində siyasi vəziyyət, müharibələrin baş vermə səbəbləri, onların nəticələri araşdırılıb. Məqalədə o dövrə aid mənbələrə, eləcə də arxiv sənədlərə geniş yer verən tədqiqatçı Naxçıvan şəhərinin hərbi-siyasi proseslərin əsas mərkəzi olduğu qənaətinə gələrək xarici dövlətlərin bu əraziyə olan maraqlarını da tədqiq edib.

Məmmədbağır DÜNYAMALIYEV

Naxçıvan Dövlət Universitetinin Televiziya,

mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

 

Nəşr edilib : 09.01.2023 11:42