AZ EN RU

Naxçıvan şəhərində fərdi yaşayış evində baş verən yanğın söndürülüb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğın Mühafizə Hissəninin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Nəşr edilib : 10.11.2023 22:16