AZ EN RU

Naxçıvan şəhərində dəm qazının sızması nəticəsində 5 nəfər zəhərlənib

Şəhərin Atabəylər məhəlləsində 5 nəfərin dəm qazından zəhərlənməsi barədə 103 xidmətinə məlumat daxil olub. Hadisə zamanı bir ailənin 5 üzvü zəhərlənib. Belə ki, Naxçıvan şəhər sakinləri 1978-ci il təvəllüdlü Talıbov Əhməd Nadir oğlu, 1993-cü il təvəllüdlü Talıbova Qumral Ülfət qızı, 2012-ci il təvəllüdlü Talıbova Aysu Əhməd qızı, 2013-cü il təvəllüdlü Talıbova Zərifə Əhməd qızı və 2017-ci il təvəllüdlü Talıbov Turan Əhməd oğlu zəhərlənərək təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Onlarin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 19.10.2023 18:15