AZ EN RU

Naxçıvan şəhərində Beynəlxalq Tolerantlıq Günü qeyd edilib.

    Naxçıvan şəhərindəki Heydər Məscid Kompleksində 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda dini tolerantlıq” mövzusunda tədbir keçirilib.
    Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Orxan Məhərrəmov, Naxçıvan şəhər Came Məscidinin imamı Nəbi Salahov, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Zəhra Səfərova çıxış ediblər. Qeyd olunub ki, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərimizin, tolerantlığın qorunub, inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Azərbaycanın dünyəvi və çoxkonfessiyalı ölkə olduğunu nəzərə alaraq hər zaman bu məsələyə yüksək diqqət və qayğı ilə yanaşıb.
    Bildirilib ki, bu gün bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan son illər ərzində dünyada tolerantlığın inkişafına mühüm töhfələr verib. Ölkəmizin bu sahədə qazandığı mükəmməl təcrübə artıq dünyanın öyrəndiyi modeldir.
    Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu genişmiqyaslı quruculuq fəaliyyəti ilə xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir.Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın müxtəlif guşələrində və bir çox ölkələrdə dini mənsubiyyətindən asılı olmayaraq abidələrin bərpa edilməsi Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir.
    Tədbirin sonunda bələdçi Fatimə Səfərova tərəfindən Heydər Məscid Kompleksi haqqında ətraflı məlumat verilib. Məsciddə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar oxunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 16.11.2023 20:14