AZ EN RU

Naxçıvan şəhərində avtomobil 35 yaşlı kişini vurub

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində (Naxçıvan Perinatal Mərkəzin qarşısında) qeydə alınıb. Belə ki, Məhəmməd Hüseynovun idarə etdiyi 67-BC-915 dövlət nömrəli nişanlı "Ravon Nexia" markalı avtomobil yolu keçən Babək rayon Didivar kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Elvin Mübariz oğlunu vurub. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. E.Əliyevin hər iki ayağı qırılıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qəzanı törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 17.05.2024 01:30