AZ EN RU

Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi tikiləcək

Naxçıvan Şəhər Ailə Sağlamlıq Mərkəzinin tikintisinin layihələndirilməsi məqsədilə ötən il avqustun 31-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Oktyabrın 2-də müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “PROJECT LTD” MMC ilə ötən il dekabrın 4-də satınalma müqaviləsi imzalanıb. Mərkəzin tikintisinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 170.000,0 manat vəsaitin tam hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 10.01.2024 12:05