AZ EN RU

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.
75-BH-431 nömrəli avtomobillə, 71-BB-012 nömrəli avtomobil toqquşması nəticəsində bir ailənin 3 nəfəri xəsarət alıb, 1 nəfərin isə ölüb. Qəza zamanı ata 1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib. Ana 1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, uşaqları 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər. Ana və qızının vəziyyətinin orta-ağır, oğlanın isə vəziyyəti ağır olaraq qiymətləndirilir. 
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 06.10.2023 20:00