AZ EN RU

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb

Hadisə "Azərbaycan" küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı 77-ET-218 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobillə 75-BJ-181 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə toqquşub. Nəticədə, hər iki avtomobildə olan sürücü və sərnişinlər ciddi xəsarət alıb.

Qəza zamanı xəsarət alan Naxçıvan şəhər sakinləri 1959-cu il təvəllüdlü Babayev Həbib Nəbi oğlu, 2000-ci il təvəllüdlü Həsənəliyev Məftun Vilayət oğlu, 2001-ci il təvəllüdlü Cəfərzadə Anar Təvəkkül oğlu və 2001-ci il təvəllüdlü Quliyev Fərid Pərviz oğlu Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 05.02.2024 17:50