AZ EN RU

Naxçıvan şəhərində 2700 metrlik yeni su xətti çəkilir

Naxçıvan “Su kanalizasiya” İdarəsi içməli su təminatının yaxşılaşdırılması məqsədilə Əliabad qəsəbəsindən başlayaraq Duzdağ Fizioterapiya Mərkəzini, “N” hərbi hissəsini və Dövlət Yol Polisi İdarəsinin inzibati binasını əhatə edən 2700 metrlik su boru xəttinin çəkilişinə dair müvafiq işlərə başlanılıb.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən aldığımız məlumatda qeyd olnur ki, yanvar ayı ərzində magistral su xətlərində 15 qəza baş verib ki, həmin qəzalar da dərhal aradan qaldırılıb. Eyni zamanda daxil olan müraciətlər əsasında 11 ədəd nasaz sayğac yenisi ilə əvəz olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.02.2024 10:31