AZ EN RU

Naxçıvan şəhərində 2700 metrlik yeni içməli su xətti çəkilir

Naxçıvan şəhərinin Əliabad qəsəbəsindən başlayaraq “Duzdağ” otel, “N” hərbi hissə və Dövlət Yol Polisi İdarəsinin inzibati binaları istiqamətində mövcud olan və istismar müddətini keçmiş su boruları yenilənir.

Naxçıvan Sukanalizasiya İdarəsindən “Şərq qapısı” qəzetinə bildirilib ki, görülən işlər çərçivəsində həmin əraziləri əhatə edən 2700 metr məsafədə yeni içməli su xəttinin çəkilişi uğurla reallaşdırılır. Bundan əlavə, su ehtiyyatının daha da artırılması məqsədilə idarə tərəfindən "Didivar kaptajı" ərazisində 3 ədəd artezian quyusu qazılıb və qısa müddətdə istismara verilməsi nəzərdə tutulur. 

Nail ƏSGƏROV

Nəşr edilib : 30.03.2024 13:31