AZ EN RU

Naxçıvan şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətində bu münasibətlə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İcra hakimiyyəti başçısının müavini Əhməd Vəliyev çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq səsini ucaltıdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Faciəyə ilk dəfə öz etirazını bildirən Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur. Ulu Öndər sovet rejiminin qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdir.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxış ediblər.

Nəşr edilib : 19.01.2024 21:45