AZ EN RU

Naxçıvan şəhərində 11 ədəd çətənə bitkisi aşkar olunub

Naxçıvan polisi  tərəfindən keçirilən “Xaş-xaş 2024” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Narkotiklərlə Mübarizə İdarəsinin  əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş  1963-cü il təvəllüdlü Rafiq Quliyev saxlanılıb.
Naxçıvan şəhəri  ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı  kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Nəşr edilib : 05.04.2024 18:25