AZ EN RU

Naxçıvan şəhərində 1000 şagird yerlik yeni məktəb binası inşa olunacaq

Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun təkmilləşdirilməsi, yeni məktəb binalarının inşası diqqət mərkəzində saxlanılır. Bu tədbirlərin davamı kimi, Naxçıvan şəhərində 1000 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur. Binanın layihələndirilməsi üçün ötən il oktyabrın 31-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 30-da müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “ERA DESİGN” MMC ilə satınalma müqaviləsi imzalanması üzrə müvafiq işlər aparılır. Məktəb binasının inşasının layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 200.000,0 manat vəsaitin 99.828,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 100.172,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

 

 

Nəşr edilib : 11.01.2024 16:00