AZ EN RU

Naxçıvan şəhəri Qaraçuq kəndində şəhid Sahil Məmmədovun ailəsinin yaşadığı ev yanıb

Hadisə dünən gecə saatlarında baş verib. Hadisə zamanı Şəhidin evi tam olaraq yanıb və yararsız hala düşüb. Yanğın nəticəsində ümumi sahəsi 312 m² olan birmərtəbəli 6 otaqlı fərdi yaşayış evin dam örtüyünün yanar mi konstruksiyaları, eyvanın dam örtüyünün yanar konstruksiyaları və fərdi yaşayış evin həyətində tikilmiş ümumi sahəsi 32 m² olan yardımçı tiklinin dam örtüyünün yanar konstruksiyaları yanıb.Hadisə yerinə gələn Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın dərhal söndürülüb.

Nəşr edilib : 14.10.2023 18:44