AZ EN RU

Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Şərq qapısı" xəbər verir ki, hadisə Tumbul kəndi ərazisində qeydə alınıb. Belə ki, 75-BK-252 dövlət nömrə nişanlı avtomobillə 85-AE-036 dövlət nömrə nişanlı yük maşını toqquşub. Hadisə nəticəsində Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İsmayılov İbrahim Məhəmməd oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xətsəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 11.05.2024 18:50