AZ EN RU

Naxçıvan şəhərdaxili magistral kanalizasiya xətləri təmizlənib

Naxçıvan SuKanalizasiya İdarəsi  tərəfindən mütəmadi olaraq şəhərdaxili magistral kanalizasiya xətlərinin təmizlənməsi istiqamətində planlı tədbirlər həyata keçirilir.
İdarədən “Şərq qapısı”na bildirilib ki, mayın 20-də xüsusi texnikanın köməyilə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yerləşən 500 mm-lik magistral kanalizasiya xəttində təmizləmə işləri həyat keçirilib və kollektorlar yüksəktəzyiqli su vurularaq yuyulub. Təmizlənmə zamanı quyulara naməlum şəxslər tərəfindən atılan iri daş parçaları aşkar edilərək götürülüb. Kollektorların təmizlənməsi mövcud infrastrukturun tam gücü ilə işləməsinə gətirib çıxarır ki, bu da, öz növbəsində, xətlərdəki tutulmaların qarşısının alınmasına köməklik göstərir.
Vətəndaşlar tərəfindən “ASAN xidmət” vasitəsilə daxil olmuş ərizələrin icrası ilə əlaqədar Naxçıvan SuKanalizasiya İdarəsi  tərəfindən  bu gün  Naxçıvan şəhərinin Əliabad qəsəbəsi və Qaraxanbəyli kəndində yerləşən müxtəlif ünvanlara yeni  su və kanalizasiya xətləri də çəkilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 20.05.2024 17:59