AZ EN RU

Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 29 mart 2023-cü il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında 11 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsidir.

Müsabiqə beş meyar üzrə olamaqla Meyarlar Mövzu ilə bağlı dolğun və əhatəli məlumat, şərh etdiyi mövzuya müxtəlif mövzulardan yanaşma, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırma, mülahizələrini bildirərkən yaradıcılıq səviyyəsi, nitqinin səlisliyi və və lüğət ehtiyatının zənginliyi,  Microsoft PowerPoint və yaxud müxtəlif təqdimat proqramlarında təqdimatın hazırlanması aparılmışdır.

Müsabiqənin yekun nəticəsinə görə I yerə 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Oruczadə Aylin Asəf qızı, II yerə 9 nömrəli tam orta məktəbin VII sinif şagirdi Oruclu Rafiq Kəramət oğlu, III yerə 11 nömrəli tam orta məktəbin X sinif şagirdi Cabbarlı Nihad Cabbar oğlu, həvəsləndirici yerə isə 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bəylərli Hafiz Səxavət oğlu layiq görülmüşdür.

Nəşr edilib : 29.03.2023 19:52