AZ EN RU

Naxçıvan şəhər prokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçirib

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər  4 nömrəli  tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin təşkilatçısı iştirak etmişdir. Naxçıvan şəhər prokurorunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas Ramiq Əliyev" Uşaq hüquqları daim diqqət mərkəzindədir ” başlıqlı mövzu ilə bağlı və şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin  Bağırov  “Narkomaniya bəşəriyyətin bəlasıdır” başlıqlı mövzu ilə çıxış etmişlər.
Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Nəşr edilib : 27.02.2023 12:30