AZ EN RU

Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi işdən azad olunub

Bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb. Sərəncama əsasən, idarənin rəisi Anar Həziyev vəzifəsindən azad olunub.
Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin yeni rəisi də artıq təyin olunub. Belə ki, Arzu Qurbanov idarəyə rəis təyin edilib.

Nəşr edilib : 08.06.2024 20:07